Rusiyada erməni icmasının rəhbəri saxlanıldı - Qarabağa görə
Tarix: 26-01-2023, 13:31
Baxılıb: 364
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada erməni icmasının rəhbəri saxlanıldı - Qarabağa görə

26-01-2023, 13:31

Rusiyanın Yekaterinburq şəhərinin erməni icmasının rəhbəri şəhərdəki erməni kilsəsinin həyətində “Qarabağı xilas etmək” devizi altında separatçılara dəstək məqsədilə keçirdikləri qanunsuz aksiyaya görə saxlanılıb.
Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan öz Teleqram kanalında məlumat verib.
Yekaterinburqun erməni icmasının rəhbəri Masis Nazaryana qarşı mitinq, nümayiş və ya yürüşün təşkili və ya keçirilməsində müəyyən edilmiş qaydanı pozduğuna görə inzibati iş başlanıb. Qeyd olunur ki, Nazaryan 5 sutka həbs edilib.
Erməni mediası ürək yanğısı ilə bildirir ki, erməni diasporunun nümayəndələri, demək olar ki, bütün dünyada aksiyalar keçirsələr də, yalnız Rusiyada onlara qarşı belə münasibət sərgilənib.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ