Güclü külək daha bir rayonda fəsadlar törətdi
Tarix: 25-09-2022, 23:14
Baxılıb: 191
Google+ Paylaş
Tumblr Paylaş

Güclü külək daha bir rayonda fəsadlar törətdi

25-09-2022, 23:14

Güclü külək Mingəçevirdə fəsadlar törədib.
reportyor.org xəbər verir ki, Üzeyir Hacıbəyov küçəsində iri gövdəli çinar ağacı qırılaraq qaz borusunun üzərinə düşüb. Nəticədə həmin ünvanda 3 binada yaşayan 45 abonentə qaz verilişində fasilələr yaranıb.
Külək, həmçinin şəhərin Nizami, Nəriman Nərimanov, Aşıq Qurbani, Rəsul Rza küçələrində də müxtəlif növ ağacları kökündən qoparıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Şəhərin müxtəlif ünvanlarında aşan ağaclar Mingəçevir Yaşıllaşdırma Sanitar Təmizlik İdarəsinin əməkdaşları tərəfinən ərazidən götürülüb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ