Xızıdakı yanğının səbəbləri müəyyən edildi
Tarix: 24-09-2022, 16:31
Baxılıb: 411
Google+ Paylaş
Tumblr Paylaş

Xızıdakı yanğının səbəbləri müəyyən edildi

24-09-2022, 16:31

Sentyabrın 23-də Xızı rayonu, Yuxarı Əngilan kəndinin yaxınlığından başlayan, sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçən yanğının baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür.
Bu barədə reportyor.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib
Bildirilib ki, aparılan ilkin araşdırmaların nəticəsi olaraq yanğının ərazidə ocaq qalanması nəticəsində başladığı ehtimal edilir.
ETSN və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilmiş ocaq yerinə baxış keçirilib, ərazidən fotolar çəkilib, şahidlərin izahatları alınıb.
Hazırda hadisə yerindən tərtib edilmiş müvafiq sənədlər, dəlil və sübutlar əsasında təhqiqat işləri davam etdirilir.
Yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ