Yeni tikilidən 10 min manatlıq avadanlıq oğurlandı
Tarix: 5-08-2022, 17:38
Baxılıb: 421
Google+ Paylaş
Tumblr Paylaş

Yeni tikilidən 10 min manatlıq avadanlıq oğurlandı

5-08-2022, 17:38

Abşeron rayonunun Mehdiabad qəsəbəsində tikilməkdə olan evlərdən birindən oğurluq edilib.
Bu barədə reportyor.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxs oradan dəyəri 10 min manat olan təmir-tikinti avadanlıqları oğurlayıb.
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nail Hacıyev tutulub.
Əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs də saxlanılıb.
Polis Bölməsinə Digah qəsəbəsi sakini İntiqam Mirzəyevin yaşadığı evin həyətində çətənə bitkisi əkib-becərdiyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal polislər tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı İntiqam Mirzəyevin həyətindən aqrotexniki qaydada yetişdirdiyi, çəkisi 27 kiloqram olan 34 ədəd çətənə kolu aşkar edilib.
Faktlarla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Füzuli Həsənli


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ