“Bellator” döyüşçüsü Ayza Çapman ABŞ-da evinin yaxınlığında güllələnib.
Bu barədə “Çempionat” nəşri yazıb.
30 yaşlı idmançının aldığı güllə yaralarından xəstəxanada öldüyü bildirilir.
Qeyd edək ki, Çapman 10 il qarışıq döyüş növləri üzrə mübarizə aparıb. Karyerası ərzində ABŞ-ı təmsil edən idmançı doqquz qələbə qazanıb və dörd döyüşdə məğlub olub.
Oxu.az
