Kürdəmirdə yol qəzası oldu, xəsarət alanlar var - FOTO
Tarix: 28-04-2022, 12:42
Baxılıb: 360
Google+ Paylaş
Tumblr Paylaş

Kürdəmirdə yol qəzası oldu, xəsarət alanlar var - FOTO

28-04-2022, 12:42

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Reportyor.org xəbər verir ki, hadisə rayonun Garis Əyribənd kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 63 yaşlı Dilqəm Elbəyi oğlu Nadirov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman rayonun Ərəbqubalı kənd sakini, 56 yaşlı Əvəz Cəlil oğlu Səmidovun idarə etdiyi "VAZ-2106" avtomobillə toqquşub. Nəticədə "VAZ"ın sürücüsü və sərnişinlər, 59 yaşlı Zərifə Cəlil qızı Əliyeva və 52 yaşlı Yeganə Güləkbər qızı Səmidova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili yardım avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ