Aslanı yalın əli ilə ÖLDÜRÜB YEDİ - FOTO
Tarix: 11-04-2022, 23:38
Baxılıb: 501
Google+ Paylaş
Tumblr Paylaş

Aslanı yalın əli ilə ÖLDÜRÜB YEDİ - FOTO

11-04-2022, 23:38

Uqandanın şərqində yerləşən İqanqa şəhərinin sakini aslanı öldürüb, bişirib yeyib.
Publika.az xəbər verir ki, bu barədə "Daily Star" yazır.
Yerli sakinlərin sözlərinə görə, adı açıqlanmayan şəxs evinə soxulan yırtıcı ilə döyüşüb və onu yalın əli ilə məğlub edib. 
"Twitter"də yayımlanan fotolarda cəsarətli şəxsin əlləri, sinəsi və başı bir neçə yerdən sarğı ilə bağlanıb, çoxsaylı sarğıların altından qan sızır. 
Onun hansı dərəcəli xəsarət aldığı məlum deyil, lakin fotoşəkillərdə bədəninin hər yerində göz yaralar və cızıqlar var.








Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ