Bayden Ərdoğanla telefon danışığı zamanı ondan nə istəyib? - Detallar
Tarix: 30-05-2023, 10:44
Baxılıb: 223
Google+ Paylaş
Tumblr Paylaş

Bayden Ərdoğanla telefon danışığı zamanı ondan nə istəyib? - Detallar

30-05-2023, 10:44

Bayden Ərdoğanla telefon danışığı zamanı ondan İsveçin NATO-ya üzvlüyünə mane olmamağı istəyib.
reportyor.org "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Ankaranın İsveçin NATO-ya üzv olmasına etirazından əl çəkməsini istədiyini bildirib.
Bayden deyib ki, telefon danışığı zamanı Ərdoğan Ankaranın ABŞ-dan F-16 qırıcıları almaq istəyini təkrarlayıb:
"Ərdoğanla danışdım. Onu təbrik etdim. Ərdoğan hələ də nədənsə F-16 üzərində işləmək istəyir. Ona dedim ki, İsveçlə müqavilə bağlamaq istəyirik, gəlin bunu edək".
Qeyd edək ki, Bayden Ərdoğana zəng edərək, onu Türkiyədə keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
"Ərdoğandan İsveçin NATO-ya üzvlüyü ilə bağlı hər hansı irəliləyiş əldə edəcəyini gözləyirsinizmi" sualına cavab olaraq Bayden bu barədə Türkiyə prezidenti ilə danışdığını, gələn həftə daha ətraflı söhbət ediləcəyini bildirib.
Xatırladaq ki, Türkiyə ABŞ-dan 20 milyard dollar dəyərində F-16 qırıcıları və 80-ə yaxın təkmilləşdirmə dəsti almağa çalışıb. Lakin Ankaranın NATO-nun genişlənməsi ilə bağlı razılaşmadan imtina etməsini bəyənməyən ABŞ Konqresinin etirazları ilə razılaşma dalana dirənib. Bayden administrasiyası bu razılaşmanı dəstəklədiyini dəfələrlə bəyan edib.
Türkiyənin hazırkı F-16 döyüş təyyarələri donanması üçün avionik proqram təminatının yeniləməsini ehtiva edən 259 milyon dollarlıq daha kiçik hərbi paket bu ilin əvvəlində, Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etdikdən bir neçə gün sonra ABŞ Konqresi tərəfindən təsdiqlənib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ