Rusiyanın müharibədəki hədəfləri dəyişmədi
Tarix: 28-05-2023, 16:12
Baxılıb: 94
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyanın müharibədəki hədəfləri dəyişmədi

28-05-2023, 16:12

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Rusiyanın “xüsusi hərbi əməliyyat”dakı məqsədlərinin dəyişmədiyini açıqlayıb.
reportyor.org xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi “Moskva. Kreml. Putin” proqramına müsahibəsində danışıb.
“Münaqişənin öz məqsədi var. Bizim prezident tərəfindən açıqlanan məqsədlərimiz var. Onlar dəyişməyiblər. Bu məqsədlərə nail olunmalıdır”, - o, Moskvanın müharibəni aparmağa gücü və resurslarının olub-olmaması ilə bağlı suala cavabında deyib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlamazdan öncə və dərhal sonra Rusiya rəhbərliyi bir çox fərqli siyasi məqsədləri açıqlayıb. Onlar qeyri-müəyyən və hətta ziddiyyətli olublar. Belə ki, “xüsusi hərbi əməliyyat” adı ilə başladılan genişmiqyaslı işğalın elan edilmiş ilkin məqsədi olan “demilitarizasiya və denasifikasiya” (tərk-silah və nasizm ünsürlərindən arındırma) sonrakı “Donbas əhalisinin qorunması” məqsədindən əhəmiyyətli dərəcədə fərqlənir. “Ukrayna rəhbərliyini məsuliyyətə cəlb etmək” üçüncü siyasi məqsəddir. Həmçinin “ABŞ və NATO-nun təsirinin zəifləməsi”, “Dnestryanıya dəhliz”in kəsilməsi və s. də səsləndirilib. Putinin nöqteyi-nəzəri Rusiyanın qalib gəlməsi və qlobal gücə çevrilməsidir, lakin Rusiya lideri hərbi müdaxilənin məqsədləri və onlara necə nail olmaq barədə qeyri-müəyyən danışır.
Zaman keçdikcə Donetsk bölgəsinin ələ keçirilməsi bütün kampaniyanın əsas məqsədi kimi getdikcə daha tez-tez dilə gətirilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ