Ərdoğandan Azərbaycan AÇIQLAMASI: "Oradakılar canımızdır"
Tarix: 27-05-2023, 19:14
Baxılıb: 214
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğandan Azərbaycan AÇIQLAMASI: "Oradakılar canımızdır"

27-05-2023, 19:14

“Can Azərbaycan” sözünü boş-boşuna demirik, oradakılar bizim canımızdır”
reportyor.org xəbər verir ki, bunu “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın mayın 27-də İstanbul Beykozda təşkil etdiyi mitinqində çıxışı zamanı deyib.
“CHP sədri indi də milliyyətçilik oyunu oynayır. Milliyyətçilik Azərbaycanla çiyin-çiyinə verib Qarabağı 30 illik işğaldan azad etməkdir. CHP Azərbaycanla bağlı fikirlərini elə qardaş ölkədə səfir olmuş birinin sözləri ilə nümayiş etdirib. İndi həmin adamın Azərbaycana girişi qadağandır. Bu cür xaini ölkələrinə buraxarlar? Əlbəttə ki, yox. Bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Türkiyənin şərəfinə xələl gəlməsinə əsla icazə vermərik”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ