Zurabişvili müdafiə nazirini ittiham etdi: Salama görə
Tarix: 27-05-2023, 19:14
Baxılıb: 177
Google+ Paylaş
Tumblr Paylaş

Zurabişvili müdafiə nazirini ittiham etdi: Salama görə

27-05-2023, 19:14

Gürcüstan prezidenti müdafiə nazirinin Müstəqillik Gününün qeyd edilməsində protokolu pozduğunu bildirib.
reportyor.org "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili, bir gün əvvəl Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə müdafiə naziri Cuanşer Burçuladzenin protokolu pozduğunu bildirib.
Salome Zurabişvilinin sözlərinə görə, Tbilisinin Azadlıq meydanına toplaşanları salamlayan vaxt Burçuladze əvvəlcə baş naziri, ondan sonra prezidenti və Ali Baş Komandanı salamlayıb:

"Bu, heç bir ölkədə mümkün deyil. Belə hərəkət hər yerdə çaşqınlıq yaradır. Bir şeyi də deyim: protokol təkcə daxildə dövləti qorumaq və münasibətlərimizi yaxşılaşdırmaqdan ibarət deyil. Fikir fərqi nə olursa olsun, hər kəsin öz yeri olmalıdır".
Zurabişvili vurğulayıb ki, bu, prezidentin ünvanına təhqir deyil, protokolun pozulmasıdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ