Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat - FOTO
Tarix: 24-05-2023, 14:31
Baxılıb: 220
Google+ Paylaş
Tumblr Paylaş

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat - FOTO

24-05-2023, 14:31

Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsinə rəis təyin olunub.
reportyor.org nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Aqil Qurbanov Prezident İlham Əliyevin cari ilin fevral ayında imzaladığı Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinə rəis təyin edilib.
Qeyd edək ki, Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb. O, 2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb. 2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub. Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
Ötən ilin dekabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini təyin edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ