Paşinyan etiraf etdi: Anklavlar Azərbaycan ərazisidir
Tarix: 22-05-2023, 15:27
Baxılıb: 184
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan etiraf etdi: Anklavlar Azərbaycan ərazisidir

22-05-2023, 15:27

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasından sonra ərazilərin mübadiləsinin aparılacağını istisna etməyib.
reportyor.org xəbər verir ki, Paşinyan bunu İrəvanda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan ərazisi 86,6 min kvadratmetrdir ki, anklavlar da bura daxildir.
“Anklavlar 86,6 min kv.km əraziyə daxildir. Bu, siyasi mövqedir və məsələnin hüquqi hissəsi müzakirə olunmalıdır", - baş nazir bildirib.
Paşinyan Ermənistan və Azərbaycan ərazilərinin tanınmasına paket şəklində baxılmasını təklif edib.
Onun sözlərinə görə, anklavlarla bağlı bir neçə variant var, məsələn, ya sülh sazişi imzalanandan sonra ərazilərin mübadiləsi aparılacaq, ya da heç nə dəyişməyəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ