İşdən çıxarılan generalın yerinə təyinat
Tarix: 22-05-2023, 15:25
Baxılıb: 185
Google+ Paylaş
Tumblr Paylaş

İşdən çıxarılan generalın yerinə təyinat

22-05-2023, 15:25

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis müavini təyin edilib.
reportyor.org manset.az-a istinadən xəbər verir ki, polkovnik Azər Məmmədov müvafiq əmrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini təyin olunub. O, bu təyinata qədər hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, hazırda xidmətin rəisi polkovnik Mürsəl İbrahimovdur. Onun 1-ci müavini general-leytenant Zaur Abdullayev isə ötən həftə vəzifəsindən kənarlaşdırılıb. Bundan əlavə Zaur Abdullayev qalmaqallı general kimi yadda qalıb. Onun 10 ilə ərzində baş leytenant rütbəsindən general rütbəsinə yüksəlməsi müzakirələrə səbəb olmuşdu.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ