Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev Binəqədi  Məhkəməsi sədrini belə təbrik etdi - FOTOFAKT
Tarix: 13-05-2023, 19:53
Baxılıb: 1 101
Google+ Paylaş
Tumblr Paylaş

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev Binəqədi Məhkəməsi sədrini belə təbrik etdi - FOTOFAKT

13-05-2023, 19:53

Azərbaycanda məhkəmə sahəsində hərtərəfli islahatlaırn aparılmasına baxmayaraq, bu sistemdə xidmət edən hüquq insanlarının şəxsi mənafelərini güdərək atdıqları addımlar ölkə rəhbərliyinin ədalətli dövlət quruculuğu siyasətini zərbə alıtna almaqla yanaşı, vətəndaşların hüquq sisteminə güvənini də sarsmaqdadır.

Təsadüfi deyil ki, hər il işində yol verdiyi nöqsanlara görə bir çox hakimin vəzifəsinə vaxtından əvvəl xitam verilir, onlar haqqında müəyyən tədbirlər görülür.

Reportyor.tv poliqon.az-a istinadən bildirir ki, cəmiyyət tərəfindən fəaliyyəti müsbət qiymətləndirilməyən hakimlərdən biri də Binəqədi Rayon Məhkəmsinin sədri Araz Kazımovdur. Bu günə qədər Araz Kazımov haqqında mətbuatda çoxsaylı vətəndaş şikayətləri işıqlandırılıb, barəsində müxtəlif iddialar səsləndirilib. Lakin redaksiyamıza daxil olan foto Araz Kazımovun məhkəmə sədri kimi tərəfsizliyinə və ədalətinə qeyd etdiyimiz iddialar işığında kölgə salır.

Belə ki, fotoda Bakı Şəhər Dövlət Yol Polsi İdarəsinin rəisi Rəşid Piriyevin Araz Kazımovu təbrik etdiyi mətn yer almaqdadır. Maraqlısı isə budur ki, Araz Kazımov həmin təbriki çərçivələdib məhkəmə binasından asdırıb. Belə olan halda, DYP ilə bağlı şikayətlərə ən çox baxılan məhkəmə olan Binəqədi Rayon Məhkəməsindən mövcud şikayətlərə tərəfsiz baxılması və qərar verilməsi məsələsi gündəmə gəlir.

Binəqədi Məhkəməsinin sədri DYP-nin `RADARINA BELƏ DÜŞDÜ`...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ