Canet Yellen: "Defolt ABŞ-ın qlobal iqtisadi liderliyinə son qoya bilər"
Tarix: 11-05-2023, 14:21
Baxılıb: 189
Google+ Paylaş
Tumblr Paylaş

Canet Yellen: "Defolt ABŞ-ın qlobal iqtisadi liderliyinə son qoya bilər"

11-05-2023, 14:21

ABŞ-da borc tavanının qaldırılması ətrafında yaranan vəziyyət səbəbindən baş verə biləcək defolt beynəlxalq arenada Vaşinqtonun iqtisadi liderliyinin sonunu gətirəcək.
reportyor.org xəbər verir ki, bu barədə “Yeddilər qrupundakı” (G7) həmkarları ilə görüşmək üçün Yaponiyaya gələn ABŞ-ın maliyyə naziri Canet Yellen mətbuat konfransında deyib.
“Defolt ABŞ-ın qlobal iqtisadi liderliyinin sona çatması riskini artırır. O, həmçinin milli təhlükəsizlik sahəsində fəaliyyətimizi də sual altında qoyur”, - deyə Canet Yellen bildirib. Defolt ssenarisini “faciə” adlandıran nazirin sözlərinə görə, bu, milyonlarla amerikalının iş yerlərini və dövlətin vəd verdiyi maliyyə dəstəyini itirməsinə səbəb ola bilər.
Federal borc üzrə defoltun fəlakətli nəticələrə səbəb olacağını vurğulayan Prezident Cozef Baydenin administrasiyası ABŞ Konqresini dövlət borcu tavanını qaldırmağa çağırır. Nümayəndələr palatasına nəzarət edən respublikaçılar isə ənənəvi olaraq borc limitinin qaldırılması ideyasına skeptik yanaşır və dövlət xərclərinin ixtisarında israr edir.
İlk dəfə 1917-ci ildə borc tavanı barədə Konqres tərəfindən qəbul olunan qanun hökumətin fəaliyyətinin müəyyən müddətə qədər maliyyələşməsi üçün Maliyyə Nazirliyinə yeni dövlət istiqrazları çap etməyə imkan vermir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ