Bu ölkədə dollar və avro UCUZLAŞDI
Tarix: 2-05-2023, 19:49
Baxılıb: 1 033
Google+ Paylaş
Tumblr Paylaş

Bu ölkədə dollar və avro UCUZLAŞDI

2-05-2023, 19:49

Rusiya Federasiyası Mərkəzi Bankı dolların rəsmi məzənnəsini 54 qəpik, avronun rəsmi məzənnəsini isə 72 qəpik aşağı salıb.
reportyor.org xəbər verir ki, Amerika və Avropa valyutaları müvafiq olaraq 79,96 və 97,65 rubla kimi ucuzlaşıb.
Dolların və avronun dəyəri 2022-ci ilin fevral ayının sonu və martın birinci yarısında artıb. Fevralın 22-də Amerika valyutasının rəsmi məzənnəsi 76 rubl 76 qəpik olub, martın 2-də isə 1998-ci il denominasiyasından sonra ilk dəfə olaraq 100 rublu ötüb. Avronun məzənnəsi ilk dəfə fevralın 28-də yüz rubl həddini keçib. Martın 11-də 1 avro 132 rubl 95 qəpik, 1 dollar isə 120 rubl 60 qəpik olub.
Martın ikinci yarısından başlayaraq dollar və avro ucuzlaşıb, iyunda dolların dəyəri 51,16 rubl, avro isə 53,86 rubl olub. Dollar üçün bu göstərici 2022-ci ildə ən aşağı göstərici olub və avronun məzənnəsi sentyabrın 30-da 52,73 rubla düşüb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ