Mövqelər itirdik, Azərbaycan ordusu Zəngəzurda... - Qeqamyan yeni faktlar açır
Tarix: 12-04-2023, 17:54
Baxılıb: 566
Google+ Paylaş
Tumblr Paylaş

Mövqelər itirdik, Azərbaycan ordusu Zəngəzurda... - Qeqamyan yeni faktlar açır

12-04-2023, 17:54

“Ermənistan Müdafiə Nazirliyi mövqe itkisinin olmadığını desə də, əslində mövqeləri 10 gün öncə - Azərbaycan ordusu Tex kəndinin bir hissəsinə nəzarət edəndə itirmişdi və bunun nəticəsidir ki, dünən baş verən döyüşlərdə ağır itkilər verdik”.

reportyor.org
xəbər verir ki, bu barədə türkoloq Varujan Qeqamyan deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun hazırda dayandığı yüksəkliklər Tex kəndinə və bitişik ərazilərə nəzarət imkanı verir.

“Azərbayca Zəngəzuru addım-addım, tədricən nəzarətə keçirir. Dünən baş verən döyüşlər göstərdi ki, Ermənistan hakimiyyəti ölkəni qoruya bilmir. Nəticədə biz yeni mövqelər itirdik, yeni itkilər verdik. Tex kəndi və bitişik ərazilərdə artıq yaşamaq mümkün deyil, insanlar oradan köçmək haqda düşünür” – o bildirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi dünənki döyüşlərdə verdikləri itkilərin sayını gizlədir, o cümlədən, mövqe itirmədiklərini bildirir. Lakin erməni mediası və ekspert cameəsi bunun əksini deyir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ