Prezident və xanımı "Qarabağ" - "Qalatasaray" oyununu izlədi - FOTO/YENİLƏNDİ
Tarix: 26-03-2023, 23:18
Baxılıb: 570
Google+ Paylaş
Tumblr Paylaş

Prezident və xanımı "Qarabağ" - "Qalatasaray" oyununu izlədi - FOTO/YENİLƏNDİ

26-03-2023, 23:18

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib.
reportyor.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar.
"Qalatasaray" futbol klubunun prezidenti Dursun Özbək Prezident İlham Əliyevə komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini tədqim edib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda “Qalatasaray” komandası erkən qolla hesabı açıb. Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın oyunçusu Redon Cica hesabı bərabərləşdirib. "Qalatasaray" matçın 87-ci dəqiqəsində Mauro İkardinin 11 metrlik cərimə zərbəsindən vurduğu qol sayəsində yenidən hesabda irəli çıxıb. Bu, oyunda sonuncu qol olub. Beləliklə, "Qarabağ" - "Qalatasaray" xeyriyyə matçı İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:2
Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.
xxx
Bu gün Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Qalatasaray” xeyriyyə qarşılaşmasında üz-üzə gəlir.
reportyor.org Aut.az-a istinadla xəbər verir ki, oyuna böyük maraq var, bütün biletlər satılıb.
Qarşılaşmanı stadiondan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da izləyir.
Oyundan əldə olunacaq bütün gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.



Bizi Telegram-da izləyin


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ