Putinin Krıma səfərinə Ukrayna XİN-dən REAKSİYA: "Zaman məsələsidir..."
Tarix: 18-03-2023, 22:51
Baxılıb: 286
Google+ Paylaş
Tumblr Paylaş

Putinin Krıma səfərinə Ukrayna XİN-dən REAKSİYA: "Zaman məsələsidir..."

18-03-2023, 22:51

Martın 18-i Krımın rus qoşunları tərəfindən işğalının 9-cu ildönümüdür. Bununla bağlı Ukrayna Xarici İşlər Nazirliyi rəsmi şərh verib və qeyd edib ki, yarımadanın azad edilməsi baş tutacaq və bu, yalnız zaman məsələsidir.
Bu barədə reportyor.org Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.
"Müharibə cinayətlərinə görə beynəlxalq ədalət tərəfindən axtarışa verilən Rusiya prezidenti Vladimir Putinin bu gün müvəqqəti işğal olunmuş Krıma gəldiyi bildirilir. Ardıcıl doqquz ildir ki, Krım yarımadası Kremlin cinayətkar rejimindən əziyyət çəkir", - deyə müraciətdə bildirilir.
"Müvəqqəti olaraq işğal olunmuş bütün digər ərazilərin də azad edilməsi baş tutacaq. Bu, yalnız zaman məsələsidir. Biz Rusiyanı və onun rəhbərliyini Ukraynada təcavüz, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırım cinayətlərinə görə cəzalandırmaq üçün maksimum səy göstərməyə davam edəcəyik”, - Xarici İşlər Nazirliyi vurğulayıb.
Xatırladaq ki, Rusiya lideri Vladimir Putin bu gün Krıma səfər edib. O, yarımadaya onun rus qoşunları tərəfindən işğalının ildönümü münasibəti ilə gəlib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ