Finlandiya Prezidenti Sauli Niinistö İsveç Baş naziri Ulf Kristersson və Almaniya Kansleri Olaf Şoltsla danışıb.
APA xəbər verir ki, bu barədə Prezident Niinistö "Twitter"də bildirib.
"Həmkarlarla sıx təmaslar davam edir. Bu gün İsveç Baş naziri Kristersson ilə, axşam isə Kansler Şoltsla telefon əlaqəsi saxladım. Gündəlikdə olan mövzular NATO-ya üzvlük müraciətlərimizin vəziyyəti və Ukraynaya dəstək idi", - deyə Prezident Niinistö bildirib.
