Azərbaycan "qırmızı xətt"i keçən İranın belini BELƏ SINDIRIR
Tarix: 1-02-2023, 00:06
Baxılıb: 296
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan "qırmızı xətt"i keçən İranın belini BELƏ SINDIRIR

1-02-2023, 00:06

"İran hər zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən bir ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf etdikcə İranın ölkəmizə qarşı qərəzi daha da artır və müstəqil siyasət yürütməyimizdən çox ciddi narahat olur".
Bu fikirləri millət vəkili Cavid Osmanov deyib.
cavid_osmanov_021217.jpg (33 KB)
Deputat bildirib ki, xüsusilə Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə etdiyimiz tarixi zəfərdən sonra - torpaqlarımız erməni terrorçularından azad olunduqdan sonra İranın Azərbaycana qarşı qərəzi daha da çoxaldı:
"Beləliklə, zaman-zaman biz gördük ki, İran rəsmiləri, deputatları, molla rejiminin digər üzvləri Azərbaycana qarşı təhdid dolu bəyanatlarla çıxış edirlər, əsassız ittihamlar səsləndirirlər. Baxmayaraq ki, Azərbaycan bu illər ərzində İranla hər zaman mehriban qonşuluq, dostluq münasibəti qurmağa çalışıb. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı və Ermənistanın təhlükəsizliyini "qırmızı xətt" adlandıran İran Ermənistanla bu fonda daha da yaxınlığını nümayiş etdirməkdədir. Yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində bir şəhidimiz oldu, yaralananlar oldu. Bu, əlbəttə ki, sıradan bir hadisə deyil".
Cavid Osmanovun sözlərinə görə, biz zaman-zaman görürük ki, Azərbaycan hüquq-mühafizə orqanları ölkəmizin milli təhlükəsizliyi naminə hər zaman ayıq-sayıqdırlar və milli təhlükəsizliyimizə təhdid olan bütün qüvvələrin qarşısını hər zaman alıblar, bundan sonra da alacaqlar:
"Bu gün DİN tərəfindən həyata keçirilən əməliyyat da həmin əməliyyatlardan biridir. Milli təhlükəsizliyimizə zərbə vurmaq niyyətində olan qüvvələr yanlış yoldadırlar, onlar iflasa uğrayacaqlar. Azərbaycan hüquq-mühafizə orqanları ayıq-sayıqdır, hər zaman onların qarşısını almağa hazırdır və qadirdir, bundan sonra da daim belə olacaq". 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ