ABŞ dövlət katibi İsrail hökuməti ilə İran-Rusiya hərbi əməkdaşlığını müzakirə edib
Tarix: 1-02-2023, 00:05
Baxılıb: 178
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ dövlət katibi İsrail hökuməti ilə İran-Rusiya hərbi əməkdaşlığını müzakirə edib

1-02-2023, 00:05

ABŞ dövlət katibi Entoni Blinken İsrail rəsmiləri ilə Rusiya və İran arasındakı hərbi-texniki əməkdaşlığı, eləcə də Ukraynaya dəstək verilməsi məsələsini müzakirə edib.
reportyor.org TASS-a istinadən xəbər verir ki, dövlət katibi rəsmi səfərdə olduğu Yerusəlimdə keçirdiyi mətbuat konfransında təmasları barədə danışıb.
Onun sözlərinə görə, tərəflər İranın sabitliyi pozan hərəkətlərinə qarşı çıxmaq və onlara qarşı mübarizə aparmaq üçün əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.
E.Blinken qeyd edib ki, İsrail rəsmiləri ilə Tehranın Moskva ilə güclənən əlaqələrini və onların mübadilə etdikləri müasir silahları, eləcə də Ukraynanın bütün ehtiyaclarının - humanitar, iqtisadi, təhlükəsizlik ehtiyaclarının ödənilməsinin və bu səylərə dəstək verilməsinin vacibliyini müzakirə ediblər


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ