Ayıq-sayıq olun! Onlar xəyanət yolunu seçiblər - ŞOK XƏBƏRDARLIQ
Tarix: 31-01-2023, 19:19
Baxılıb: 350
Google+ Paylaş
Tumblr Paylaş

Ayıq-sayıq olun! Onlar xəyanət yolunu seçiblər - ŞOK XƏBƏRDARLIQ

31-01-2023, 19:19

“Bu gün DİN tərəfindən İranın Bakı şəhərindəki casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib, nəticədə 7 nəfər saxlanılıb. Məlum olub ki, “SalamNews” informasiya agentliyi və “İnteraz” İranın Azərbaycanda maraqlarının təbliği ilə məşğul olublar və faktiki casusluq fəaliyyəti həyata keçiriblər”.
Bunu Musavat.com-a millət vəkili Elman Nəsirov deyib.

Deputat bildirib ki, İran xüsusilə son zamanlar bütün dünyada özünü terrorçu dövlət olaraq növbəti dəfə təsdiqləyib:
“İran dünyanın ayrı-ayrı ölkələrində terrorizmin himayə edilməsi, maliyyələşdirilməsi işi ilə məşğuldur, geniş casus şəbəkəsinə malikdir. Dövlət Təhlükəsizliyi Xidməti də dəfələrlə İranın Azərbaycandakı casus şəbəkəsini ifşa edib. Bu dəfə də DİN çox uğurlu bir əməliyyat həyata keçirib və bu əməliyyat nəticəsində saxlanılan şəxslərdən alınmış ifadələrdən məlum olur ki, onlar məhz İran tərəfinə işləyirlər, Azərbaycanın milli maraqlarına xəyanət yolunu seçiblər, İrana lazımi informasiyalar ötürürlər. Eyni zamanda Azərbaycanda qarışıqlıq salmaq, insanların beyninə yad düşüncə tərzini sırımaq, Azərbaycanda daxili təhlükəsizliyi pozmaq, səfərbər olunmuş cəmiyyəti daxildən parçalamaq kimi xəbis niyyətlər güdüblər və bu məqsədlə “SalamNews” informasiya agentliyi və “İnteraz”ın xidmətlərindən istifadə ediblər. Hesab edirəm ki, bu, hələ prosesin başlanğıcıdır. Yəqin ki, İranın Azərbaycandakı şəbəkəsi yalnız bu adamlarla məhdudlaşmır. Bütün cəmiyyət ayıq-sayıq olmalıdır. Bu, təkcə hüquq-mühafizə orqanlarının, təhlükəsizlik orqanlarının işi deyil. Hər bir vətəndaş ayıq-sayıq olmalıdır ki, qonşu dövlət Azərbaycan ərazisində ictimai asayişin pozulması və vətəndaş itaətsizliyinin yaranması, daxildə gərginlik ocaqlarının peyda olması və sabitliyin pozulması üçün əlindən gələn bütün imkanlardan istifadə edir”.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ