Dəhşətli müharibə başlayır: İranın nüvə obyektləri bombalanacaq
Tarix: 31-01-2023, 16:36
Baxılıb: 335
Google+ Paylaş
Tumblr Paylaş

Dəhşətli müharibə başlayır: İranın nüvə obyektləri bombalanacaq

31-01-2023, 16:36

ABŞ İranla müharibə variantının masada olduğunu elan edib.

Reportyor.tv xəbər verir ki, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malley deyib.

Amerikalı diplomat bəyan edib ki, “diplomatik yol uğursuz olarsa, İranla müharibə variantı masadadır”.

Bu açıqlama İsrailin İranın hərbi obyektlərinə zərbələr endirməsi fonunda diqqət çəkir. Proseslər göstərir ki, İrana edilən hücumlar müharibəyə başlamaqdan daha çox, xəbərdarlıq xarakteri daşıyırdı. Məqsəd Tehran rejimini nüvə danışıqlarına qaytarmaq və uranın zənginləşdirilməsinin qarşısını almaqdır. Hücumla İrana atılacaq addımlar praktiki olaraq nümayiş etdirildi.

Proseslərin sonrakı inkişafı İranın sərgiləyəcəyi mövqedən asılı olacaq. Daxili vəziyyət, beynəlxalq arenada təklənmək təhlükəsi İranın anlaşması zərurətini yaradır. Lakin Tehrandan artıq “geri çəkilməyəcəyik” açıqlamaları eşidilməkdədir. Xarici işlər naziri Hüseyn Abdullahian bildirib ki, “bu hücumlar bizi nüvə proqramının inkişafından imtinaya məcbur etməyəcək”.

İran geri çəkilməsə, zərbələrin davamı gələcək və istisna deyil ki, növbəti hücum nüvə obyektlərinə edilə bilər.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ