DTX Naxçıvanda həbslərə başladı - ŞOK YEYİNTİ FAKTLARI
Tarix: 25-11-2022, 10:53
Baxılıb: 291
Google+ Paylaş
Tumblr Paylaş

DTX Naxçıvanda həbslərə başladı - ŞOK YEYİNTİ FAKTLARI

25-11-2022, 10:53

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.
Musavat.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib.
Məhkəmədə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. İttihamın mahiyyətindən görünür ki, NMR DGK vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.
Cinayət işinin gedişatı barədə əlavə xüsusatlar dəqiqləşdirilir.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ