Cahangir Novruzov: "Qızım Nəsibə sənədlə mənim bacımdır" - VİDEO
Tarix: 24-11-2022, 22:59
Baxılıb: 231
Google+ Paylaş
Tumblr Paylaş

Cahangir Novruzov: "Qızım Nəsibə sənədlə mənim bacımdır" - VİDEO

24-11-2022, 22:59

“Nəsibə Zeynalova həmişə qız övladının olmasını arzulayıb. Şanssızlıqdan mən doğulmuşam”.
reportyor.org xəbər verir ki, bunu "Baku" TV-də yayımlanan “Afaq Hüseynova ilə səmimi söhbət” verilişində 26 ildir Türkiyədə yaşayan və fəaliyyət göstərən rejissor-aktyor, Xalq artisti Cahangir Novruzov deyib.
Aktyor qeyd edib ki, mərhum Xalq artisti Nəsibə Zeynalova nəvəsi doğulduqdan sonra onu övladlığa götürüb. Bu səbəbdən qızı Nəsibə sənədlə onun bacısıdır.
Xalq artisti Türkiyədə əksər tələbələrinin film və seriallarda rol almasından da bəhs edib:
“Mənim tələbələrim işsiz qalmır. Məzun olduqdan sonra seriallarda, teatrlarda çalışmağa başlayırlar”.
Daha ətraflı süjetdə:


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ