“Əl-Qaidə”dən mundiala “cihad” çağırışı: “Daş-qalaq edin”
Tarix: 22-11-2022, 08:21
Baxılıb: 320
Google+ Paylaş
Tumblr Paylaş

“Əl-Qaidə”dən mundiala “cihad” çağırışı: “Daş-qalaq edin”

22-11-2022, 08:21

“Əl-Qaidə” terror təşkilatı Qətərdə keçirilən futbol üzrə dünya çempionatını müsəlmanların dəyərlərini məhv etməyə yönəlmiş işğal adlandırıb və planetin ən mühüm idman tədbiri üçün Qətərə gedənləri daş-qalaq etməyə çağırıb.
Onların fikrincə, Ərəbistan yarımadası homoseksuallar, ateistlər və əxlaqsız insanlarla dolub daşır.
“Kubok üçün gələnlərin davranışı bizim cəmiyyətə, müsəlmanlara yaddır. Müsəlmanlar daş-qalaq etməklə öz vəzifələrini yerinə yetirə bilərlər”, - deyə terror təşkilatından dünya çempionatına qarşı “cihad”a çağırış edilib.
Çempionat ilə müsəlman dünyasındakı mədəni işğalın davam etdiyini iddia edən “Əl-Qaidə” Qərbin ən böyük hədəfinin pornoqrafiyanı canlandırmaq və homoseksuallığı adiləşdirmək olduğunu bildirib.
Terror təşkilatı buna icazə verən Yaxın Şərq ölkələrinin də məsuliyyət daşıdığını bəyan edib.//Oxu.az
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ