Ermənilərə çalınan ƏCƏL ZƏNGİ: Qəhrəman general Zaur Cavanşirlə ZƏFƏRƏ GEDƏN YOL
Tarix: 4-11-2022, 13:51
Baxılıb: 493
Google+ Paylaş
Tumblr Paylaş

Ermənilərə çalınan ƏCƏL ZƏNGİ: Qəhrəman general Zaur Cavanşirlə ZƏFƏRƏ GEDƏN YOL

4-11-2022, 13:51

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şücaətlə yerinə yetirərkən fərqləndiyinə görə adını hərb tarixinə qızıl hərflərlə yazan qəhrəmanlardan biri də Zaur Sabir oğlu Cavanşirdir.

O, Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsinin görkəmli davamçılarından olan Zaur Cavanşir Pənahəli xan nəslinin nümayəndəsidir.
Cəsur savaşçı 2002–2004-cü illərdə mayor rütbəsində Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Akademiyasında təhsil almışdır. Həm Xüsusi Təyinatlı Qüvvələrdə, həm də cəhbə bölgəsində taqım, bölük, tabor, briqada komandiri vəzifələrində xidmət edən general-mayor 2016-cı ildə Azərbaycan ordusunun Aprel döyüşlərində qazandığı tarixi uğurların imza sahiblərindən biri olmuşdur.
Zaur Cavanşir 27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin ordumuzun mövqelərini və yaşayış məntəqələrini atəşə tutmasına görə, düşmənin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən başlanan əks-hücum əməliyyatının yükünü silahdaşları ilə birlikdə çiyinlərinə almaqdan çəkinməyib. Sürətlə alovlanan qarşıdurmalar qısa müddətdə İkinci Qarabağ müharibəsinə çevrilib.
General-mayor Şuşa, Füzuli, Kəlbəcər, Qubadlı və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən medallarla təltif edilmiş və “Vətən Müharibəsi Qəhramanı” adına layiq görülmüşdür.
Zaur Cavanşir “Yeni torpaqlar üçün yeni müharibə” şüarı ilə Azərbaycanın əzəli və müqəddəs torpaqlarında xain təxribatlar törədən erməni ordusunun cəzalandırılması məqsədilə düşmənə dəqiq və dağıdıcı zərbələrin vurulduğu döyüşlərə başçılıq etmiş, daha dəqiq desək, “Dəmir Yumruq” simvolunun ən vacib güclərindən biri olmuşdur.

Qəhrəman komandir həm Azərbaycan, həm də dünya hərb tarixinin danılmaz səhifəsinə çevrilmiş Şuşa əməliyyatının hücum qruplaşmasının rəhbəri olub. Şuşa azad edildikdən sonra Ali Baş komandanın əmriylə Şuşaya ilk komendant təyin edilmişdir. Sözügedən şəhərin azad edilməsində və müdafiəsinin təşkilində müstəsna xidmətləri olan Zaur Cavanşir daha sonra Zəfər Bayrağı elan edilən müqəddəs bayrağı ata-baba yurdu Şuşaya sancmışdır. 2020-ci ildə Qələbə Paradında Şuşaya sancdığı Zəfər bayrağı ilə döyüş bayraqları qrupuna rəhbərlik etmişdir.
Zaur Cavanşir Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə , 2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirdiyinə, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
Qeyd edək ki, Zaur Cavanşir hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində general-mayor rütbəsi ilə xidmət etməkdədir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ