Tanınmış aparıcı xanım Olimpiya kompleksini ifşa etdi- Görün ortaya nələr çıxdı! VİDEO
Tarix: 31-10-2022, 14:59
Baxılıb: 577
Google+ Paylaş
Tumblr Paylaş

Tanınmış aparıcı xanım Olimpiya kompleksini ifşa etdi- Görün ortaya nələr çıxdı! VİDEO

31-10-2022, 14:59

Tele-aparıcı Fira Cəlilova Sumqayıt şəhər Olimpiya Kompleksindən video-reportaj edib.
Aparıcı Musavat.com-a göndərdiyi reportajda kompleksdə olan qanunsuzluqdan bəhs edir.
Fira Cəlilova bildirir ki, olimpiya İdman Komplekslərində olimpiya idman növləri ödənişsiz olduğu halda Sumqayıtda vəziyyət əksinədir:
“30-50 AZN civarında uşaqlardan məcburi ödəniş alınır. Heç bir qəbz də verilmir. Qazi ailələrinə isə utanmaz-utanmaz 50 % endirim edilir.  Bir müddət idmanımız nazirsiz qaldı. Yeni nazir Fərid Qayıbovun gəlişindən sonra idman sahəsində islahatlar aparılacağına inanırdım. O, idmanı bilən və idmanın havasını canına hopdurmuş bir insandır. Beynəlxalq və yerli səviyyədə onu tanıyırlar. Əminəm ki, Nazirimiz Sumqayıt şəhər Olimpiya Kompleksində sürən özbaşnalıqdan xəbəri yoxdur. Bilmiş olsaydı bu vəziyyətə son qoyardı”,-deyə aparıcı bildirib.
Musavat.com sözügedən video-reportajı təqdim edir:


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ