Ukraynada daha bir nəfər meymunçiçəyinə YOLUXDU
Tarix: 23-09-2022, 00:50
Baxılıb: 281
Google+ Paylaş
Tumblr Paylaş

Ukraynada daha bir nəfər meymunçiçəyinə YOLUXDU

23-09-2022, 00:50

Ukraynada meymunçiçəyinə üçüncü yoluxma halı aşkarlanıb.
reportyor.org xəbər verir ki, bu barədə Ukraynanın baş sanitar həkimi İqor Kuzin məlumat verib.
Onun sözlərinə görə, hər üç xəstədə xəstəliyin yüngül gedişi var, xaricdə olmayıblar və ilkin məlumatlara görə, xəstələrlə heç bir əlaqəsi olmayıb.
"Hazırda bu halların bir-biri ilə əlaqəli olduğuna dair heç bir təsdiq yoxdur. Lakin bu xəstəliyin daha çox insan arasında yayılması riski hazırda aşağıdır", - Kuzin bildirib.
Baş sanitar həkimin sözlərinə görə, hər bir rayonda yerli xəstəliklərə qarşı mübarizə və profilaktika mərkəzləri səviyyəsində meymun xəstəliyinə diaqnoz qoymaq imkanı yaradılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ