Deputat "yamaqlı" Bakı-Quba YOLUNDAN yazdı: "Əminəm ki..."
Tarix: 8-08-2022, 12:37
Baxılıb: 481
Google+ Paylaş
Tumblr Paylaş

Deputat "yamaqlı" Bakı-Quba YOLUNDAN yazdı: "Əminəm ki..."

8-08-2022, 12:37

Şuşaya ilk dəfə gedərkən çəkilən Zəfər yolunun rahatlığı diqqətimi çəkdi. Bir arada avtobusun kiçik bir fasilə üçün dayanmasından istifadə edərək yolun qalınlığına bir neçə yerdə diqqət yetirdim və anladım ki, bu yol uzunmüddətli çəkilib. Yəni məlum Bakı-Quba yolunun aqibətini yaşamayacaq. İndi də Bakı- Quba yolunu gedərkən aparılan genişmiqyaslı təmir işlərinə baxırdım. Avtomobili bir kənarda saxlayıb yenə də yolun çəkilş prosesini izləməyə başladım. Yenə də Şuşa yolundakı kimi bərkitmə işlərinin aparıldığını gördüm. Mühəndislərlə, işçilərlə söhbətləşdim. Asfaltın qalınlığı da eyni standartda idi. Qəribədir, illər öncə böyük vəsait ayırmaq hesabına mənasız yerə beton yolun çəkilməsi burada problemləri də özü ilə gətirdi. Hətta bildiyim qədər, yolun çəkilməsinə məsuliyyət daşıyan Cavid Qurbanov da beton yol versiyasına o zaman etiraz etsə də, hansısa məqsədlərlə bu yolun məhz beton üzərindən çəkilməsi qərarı qəbul olunmuşdu. Bizim iqlimdə beton yolun dayanıqlığı qısamüddətli olduğundan hər gün təmirə ehtiyacı olan bu yolun əziyyətini orada yaşayan əhali və turizm sektoru çəkirdi".
reportyor.org xəbər verir ki, bunu Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, indi təcrübəli mütəxəssis Saleh Məmmədovun rəhbərlik etdiyi "Azəravtoyol"un heyətinin dayanıqlı və uzunmüddətli yol inşa etdiyinin şahidi olub:
"Kaş ki, əvvəlcədən qərar verənlər indiki kimi məsələyə sağlam düşüncə ilə yanaşaydılar. O halda dövlətin bu qədər vəsaiti də hədər getməzdi. Bu gün yol çəkənlər bəlkə də zamanında səlahiyyət sahibi olsaydılar, belə qeyri-peşəkar yolun çəkilişinə imkan verməzdilər. Çünki hər dəfə turist firmalarının təmsilçiləri də harada rast gəlirdilərsə, şəxsimə şikayət edirdilər ki, Qubaya, Qusara, Xaçmaza turist aparmaq böyük əziyyətdir, yolun bərbad vəziyyətdə olmasına görə. Vahid müəllim də, bizlər də bu məsələni Milli Məclisdə qaldırmışdıq, sağ olsun ölkə rəhbəri bu kimi çıxışları da nəzərə alaraq yenidən bu yolun qurulması tapşırığını verdi. İndi Bakı-Quba yolunun əsaslı şəkildə yenidən qurulması və təmiri bölgənin turizm potensialını bir neçə dəfə artıracaq. Bu isə bölgədə həm də insanların yoxsulluq səviyyəsinin azalması deməkdir. Xərclənən hər manat, hər dollar həm də vətəndaşın cibinə girən pul deməkdir. Əminəm ki, bu yolun çəkilişindən sonra təkcə Qubanın ağ almasını deyil, həm də gözəl yolunu vəsf edəcəyik".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ