Putin Ərdoğana TƏŞƏKKÜR ETDİ
Tarix: 5-08-2022, 17:37
Baxılıb: 519
Google+ Paylaş
Tumblr Paylaş

Putin Ərdoğana TƏŞƏKKÜR ETDİ

5-08-2022, 17:37

Rusiya Prezidenti Vladimir Putin şəxsən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana taxıl, o cümlədən Rusiya məhsulları və gübrələrin tədarükü ilə bağlı razılaşmaların əldə olunmasındakı roluna görə təşəkkür edib.
reportyor.org xəbər verir ki, bu barədə Valdimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Soçidə keçirilən görüşü zamanı bildirib.
“Sizin bilavasitə iştirakınız və BMT Katibliyinin vasitəçiliyi ilə Qara dəniz limanlarından Ukrayna taxılının tədarükü ilə bağlı məsələ həll olundu. Artıq tədarüklərə başlanılıb, həm buna, həm də əldə etdiyimiz işlərə görə sizə təşəkkür etmək istəyirəm. Eyni zamanda Rusiya ərzaq və gübrələrinin dünya bazarlarına fasiləsiz tədarükü ilə bağlı qərar qəbul edilib”, - Putin qeyd edib.
“Türk axını” Rusiya qazının Avropaya nəqli üçün ən mühüm marşrutlardan biridir.
Bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
“Qeyd etmək istərdim ki, tikintisini bir müddət əvvəl başa çatdırdığımız “Türk axını” bu gün Avropanı Rusiya qazı ilə təmin edən ən mühüm arteriyalardan biridir”, - Rusiya lideri deyib.
Putin əlavə edib ki, “Türk axını” problemsiz gedir və avropalı tərəfdaşlar buna görə Türkiyəyə minnətdar olmalıdırlar.
“Türk axını” karbohidrogenlərimizin tədarükü üçün bütün digər istiqamətlərdən fərqli olaraq, düzgün, ritmik, heç bir nasazlıq olmadan işləyir” deyən Putin, təkcə Türkiyədəki istehlakçılar üçün deyil, həm də Avropadakı istehlakçılar üçün tədarük nəzərdə tutduğunu qeyd edib.
“Məncə, Avropalı tərəfdaşlar qazımızın Avropa bazarına fasiləsiz tranzitini təmin etdiyinə görə Türkiyəyə minnətdar olmalıdırlar”, - Rusiya dövlət başçısı vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ