Daşkənd Zəngəzur dəhlizində maraqlıdır - Özbəkistan XİN
Tarix: 2-08-2022, 14:32
Baxılıb: 324
Google+ Paylaş
Tumblr Paylaş

Daşkənd Zəngəzur dəhlizində maraqlıdır - Özbəkistan XİN

2-08-2022, 14:32

Özbəkistan Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edə biləcək Zəngəzur dəhlizinin bərpasında maraqlıdır.
reportyor.org Trend-ə istinadən xəbər verir ki, bunu Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, üç ölkənin regionlararası nəqliyyat dəhlizlərini inkişaf etdirmək niyyəti xüsusi aktuallıq qazanır.
V.Norov qeyd edib ki, planlaşdırılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Trans-Qafqaz dəhlizi ilə birləşməsi üç ölkə arasında vahid nəqliyyat şəbəkəsini yaradacaq və Çindən Avropaya ticarət coğrafiyasını genişləndirəcək.
"Məhz buna görə Özbəkistan Zəngəzur dəhlizinin bərpasında maraqlıdır", - deyə o bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ