Ukrayna taxılı olan gəmilər Türkiyəyə bu tarixdə yola düşəcək
Tarix: 31-07-2022, 13:46
Baxılıb: 285
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna taxılı olan gəmilər Türkiyəyə bu tarixdə yola düşəcək

31-07-2022, 13:46

Ukraynadan taxıl daşıyan 16 quru yük gəmisindən ibarət ilk karvan avqustun 3-də Türkiyənin ərazi sularına çatacaq.
reportyor.org xəbər verir ki, karvanı pilotsuz təyyarələr müşayiət edəcək.
Bundan əlavə, İstanbul Birgə Koordinasiya Mərkəzinin nümayəndələri peyklərdən istifadə edərək taxıl daşıyan gəmilərin keçidinə nəzarət edəcəklər. Bildirilib ki, Ankaranın təşəbbüsü ilə taxıl daşıyan ilk gəmilər Somali sahillərinə doğru yola düşəcək.
Bundan əvvəl Türkiyənin Müdafiə Nazirliyi Ukraynadan taxıl ixracının təşkili üzrə texniki işlərin başa çatdığını və bunun qısa müddətdə başlaması planlaşdırıldığını açıqlayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ