Bərpa olunan enerji ilə bağlı bəzi layihələr artıq icra edilir - Komissiya
Tarix: 27-07-2022, 19:01
Baxılıb: 372
Google+ Paylaş
Tumblr Paylaş

Bərpa olunan enerji ilə bağlı bəzi layihələr artıq icra edilir - Komissiya

27-07-2022, 19:01

“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın yenilənmiş tərkibdə ilk iclası keçirilib.
reportyor.org bildirir ki, "report" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Pərviz Şahbazov çıxış edərək, sərəncamın icrası ilə bağlı Komissiyanın qarşısına qoyulan mühüm vəzifələr barədə danışıb, Prezident İlham Əliyevin energetika sahəsində müəyyən etdiyi hədəflərə uyğun olaraq bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində bəzi layihələrin artıq icrasına başlanıldığını, digərlərinə hazırlıq işlərinin aparıldığını və bununla əlaqədar müvafiq qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.
Iclasda Azərbaycanda həyata keçirilən sənaye miqyaslı külək və günəş enerjisi layihələri barədə məlumat verilib, bu layihələrin hazırlanması istiqamətində texniki, iqtisadi, maliyyə məsələləri ətrafında müzakirə aparılıb. Komissiyanın növbəti iclasına qədər göruləcək tədbirlərə dair hazırlanmış qərar layihəsi nəzərdən keçirilib, rəy və təkliflər nəzərə alınaraq qəbul edilib.
İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mərkəzi Bank, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Dövlət Dəniz və Liman Agentliyi, Minatəmizləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələri iştirak edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ