Yeni Qanunun tətbiqi yeni hüquqi bazanın yaradılması istiqamətində mühüm rol oynayacaqdır
Tarix: 26-07-2022, 16:35
Baxılıb: 548
Google+ Paylaş
Tumblr Paylaş

Yeni Qanunun tətbiqi yeni hüquqi bazanın yaradılması istiqamətində mühüm rol oynayacaqdır

26-07-2022, 16:35

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 546-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 723 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2022-ci il tarixli Fərmanı istilik enerjisi sahəsində fəaliyyətin gücləndirilməsi, səmərəliliyin artırılması və istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı şəkildə ödənilməsinin təmin edilməsi məqsədi ilə yeni hüquqi bazanın yaradılması istiqamətində mühüm rol oynayacaqdır.
Fərmanda ilk növbədə bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, istilik enerjisindən istifadə qaydalarının təsdiq olunması nəzərdə tutulur ki, bu da istilik enerjisindən istifadə sahəsində enerji təchizatı müəssisəsi ilə həm istehlakçı, həm də digər qurumlar arasında qarşılıqlı münasibətləri tənzimləyən sənəd olacaqdır. Hazırda istilik enerjisi sahəsində istehlakçı və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələri, texniki şərtlərin verilməsi, sayğacların quraşdırılması, hesablaşmaların aparılması, istilik enerjisinin verilməsinin dayandırılması, təchizatçı və istehlakçı arasında sərhədlərin məyyənləşdirilməsi kimi məsələləri tənzimləyən və ümumilikdə sistemin səmərəli fəaliyyətinə təsir edə biləcək hüquqi aktların hazırlanmasına böyük ehtiyac vardır ki, qeyd olunan Fərman bu sahədə münasibətlərin tənzimlənməsində əhəmiyyətli rol oynayacaqdır.
Bundan başqa sözügedən Fərman “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bir sıra tənzimləyici alətlərin istilik enerjisi sahəsində də tətbiqinin nəzərdə tutulması və bu sahədə idarəetmənin təşkil olunmasını tənzimləyən sənəd kimi xüsusi əhəmiiyətə malikdir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ