Onlarla kilsəni "ağuşuna alan" ...XARABALIQ
Tarix: 23-07-2022, 15:41
Baxılıb: 244
Google+ Paylaş
Tumblr Paylaş

Onlarla kilsəni "ağuşuna alan" ...XARABALIQ

23-07-2022, 15:41

Kappadokiyada yerlәşәn Göreme Açıq Hava Muzeyi onlarla kilsәyə "ev sahibliyi" edir.
reportyor.org xəbər verir ki, yüz illәr әrzindә müxtәlif irq vә dillәrә ev sahibliyi etmiş Göreme Açıq Hava Muzeyi həm tarixi, həm də dini baxımdan böyük әhәmiyyәtә malikdir.
Göreme xarabalıqları çoxlu sayda muzey vә monastrın yerləşdiyi qədim məkandır. Bölgәdә ziyarət edə bilәcәyiniz onlarla kilsә mövcuddur.
Göreme Açıq Hava Muzeyinə getsəniz, orada Qızlar və Oğlanlar Monastrı, ‘‘Müqəddəs Basil’’ ibadәtgahı, ‘‘Elmalı’’ kilsәsi, ‘‘Müqəddəs Barbara’’ ibadәtgahı, ‘‘Müqəddəs Katerina’’ ibadәtgahı, ‘‘Yılanlı’’ kilsәsi, ‘‘Karanlık’’ kilsəsi, ‘‘Çarıklı’’ kilsəsi və ‘‘Tokalı’’ kilsəsinin möhtəşəmliyini öz gözlərinizlə görə biləcəksiniz.
Bu kilsәlәr memarlıq baxımdan ‘‘Sütunlu’’ vә ‘‘Yılanlı’’ kilsәlәr olaraq iki kateqoriyaya bölünür.
‘‘Karanlık’’, ‘‘Elmalı’’ vә ‘‘Çarıklı’’ kilsələri "sütunlu kilsәlәr" kateqoriyasına aiddir.
‘‘Rahibәlәr’’ monastrı, ‘‘Yılanlı’’ kilsә, ‘‘Müqәddәs Barbara vә Katerina’’ ibadәtgahları isә "ilanlı kilsәlәr" kateqoriyasına daxildir.
Tural Turan


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ