SOCAR dakı məmur özbaşınalığına göz yumanlar kimlərdir?!!!
Tarix: 12-07-2022, 19:49
Baxılıb: 545
Google+ Paylaş
Tumblr Paylaş

SOCAR dakı məmur özbaşınalığına göz yumanlar kimlərdir?!!!

12-07-2022, 19:49

Ölkəmizdə vəzifəyə təyin olunan məmurlar xalqına xidmət etmək əvəzinə qısa bir müddətdən sonar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə insanların qanına susayırlar, dövlət hesabına öz bizneslərini qurmağa, möhkəmləndirməyə çalışırlar.Belə məmurlardan biri də Dövlət Neft Şirkətinin Əli Əmirov adına Neft-Qazçıxarma İdarəsinin rəisi Fəxri Haqverdiyevdir.Redaksiyamıza daxil olan ilginc məlumatda Əli Əmirov adına Neft-Qazçıxarma İdarəsinin rəisi olan Fəxri Haqverdiyev Vüqar Haqverdiyevdən 100 min manat borc alır. Vüqar Haqverdiyev bir müddət sonar borcunu tələb etdikdə isə Fəxri Haqverdiyev onu və ailəsini ölümlə hədələməyə başlayıb.Lakin Vüqar Haqverdiyin müəyyən hay-küyündən sonar Fəxri Haqverdiyev ona olan borcundan 3 min dollar qaytarmaq məcburiyyətində qalır. Vüqar 2018-ci ildə qalan borcunu istəyəndə Fəxri Haqverdiyev ona pulu qaytarmaqdan imtina edir.


2021-ci ildə Vüqar çox ciddi probleminin olduğunu Fəxri Haqverdiyevə deyir və borcu geri qaytarmağı ondan xahiş edir. Onun xahişinə heç bir məhəl qoymayan Fəxri Haqverdiyev Vüqarı SOCAR-ın keçmiş prezidenti olan Rövnəq Abdullayevlə hədələməyə başlayır.
Belə olduğu halda Vüqar başına gələnlərlə bağlı “Azneft”in baş direktoru Şahmar Hüseynova və oranın rəhbəri olan Daşqın İsgəndərova müraciət edir.
Onlar da Fəxri Haqverdiyev haqqında tədbir görəcəkləri barədə söz versələr də tam əksinə olaraq Daşqın İsgəndərov şikayətə tam laqeyd yanaşaraq, Fəxri Haqverdiyevi müdafiə edərək Vüqarı hər dəfə müxtəlif bəhanələrlə başlarından etməyə çalışırlar. Fəxri Haqverdiyevin sonuncu yalanı isə Vüqara mesaj göndərərək işdən çıxarıldığını bildirməsi olur.

Vüqar bu xəbərin yalan olduğunu öyrəndikdə Fəxri ona bu sözləri deyir: Səndən milyonu olsa belə sənin kimi tulaların sözü ilə heç vaxt Rövnəq Abdullayev kimsənin ərizəsini almaz. Biləsən ki,sənin kimi tulaların sözü ilə heç kim məni işdən çıxardan deyil”.

Vüqar Haqverdfiyevin iddiasına görə Fəxri Haqverdriyev eyni zamanda da fəraridir. O,1994-cü ildə vətən müharibəsi zamanı Qaradağ rayonu hərbi komisarlığından orduya çağırılıb. Lakin o, yayınaraq çağırışdan qaçıb. Onun barəsində axtarış elan edilir. Vüqar Haqverdiyevin dediyinə görə həmin vaxtlar Fəxri Haqverdiyev rüşvətlə hərbidən canını qurtarıb. Vüqar Haqverdiyev bildirir ki, Fəxri Haqverdiyev onun ailəsini və uşaqlarını ölümlə hədələyir. Üstəlik küçə söyüşləri ilə onu təhqir edir. Bu adam xaricdə yaşayan azərbaycanlıların hamısını vətən xaini adlandırır.

Vüqar Azərbaycanın dövlət qurumlarından onu ölümlə hədələyən Fəxri Haqverdiyev barəsində ölçü götürülməsini xahiş edərək onun Dövlət sturukturunda fəaliyyət göstərməsini dövlətçiliyimizə və ölkə prinsiplərinə zidd olan bir nüans olduğunu qeyd edir.

Hörmətli izləuyicilər bizə daxil olan bu kimi məlumatlardan görürük ki, vəzifə başında olan belə məmurların bu hərəkətləri xalqın düşüncə və marağında get-gedə dövlət prinsiplərinə və məmurlara qarşı çirkin bir fikir formalaşdırmaqdadır. Prezident İlham Əliyev cənabları ölkədə başlatdığı korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini daima diqqətdə saxlayır. Lakin buna baxmayaraq təəssüflər olsun ki, ölkəmizdə vəzifə kürsüsündə bu kimi məmurlar hələ də hokum sürməkdədirlər.


Onu da qeyd etmək istəyirik ki, hazırladığımız məqalə və video süjetdəki fikirlərlə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ