SON dəqiqə! Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı təcili məlumat - Araşdırmalar başlatıldı
Tarix: 9-06-2022, 09:28
Baxılıb: 1 034
Google+ Paylaş
Tumblr Paylaş

SON dəqiqə! Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı təcili məlumat - Araşdırmalar başlatıldı

9-06-2022, 09:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan ərizə və şikayətlərin araşdırılmasında nazirliyin rəsmiləri ilə bərabər vətəndaşların özləri də iştirak edirlər. Bu barədə nazirliyin mətbuat sözcüsünün də əziyyətləri danılmazdır.
 Amma, son vaxtlar  nazirliyin regionda olan rəhbərləri müraciətlərə cavab vermək niyətindən nədəsə uzaq düşüb. Bu isə ictimaiyyət arasında ekologiya və ətraf mühitin qorunması sahəsində aparılan işlərə kölgə salaır, yanlış fikirlərin formalaşmasına gətirib çıxarır.
Bununla əlaqədar, ətraf mühitin mühafizəsi sahəsində görülən işlərin davamlılığını təmin etmək, ekoloji qanunvericiliyin pozulması barədə daxil olan ərizə və şikayətlərin araşdırılmasında, müraciət edənlərin iştirakına şərait yaratmaq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma prosesinin şəffaflığının gözlənilməsi məqsədi ilə hörmətli nazir saya hesaba gəlməyən əmrlər  imzalayıb. 
Nazirliyin aidiyyəti qurumlarına tapşırılıb ki, fəaliyyət istiqamətlərinə uyğun olaraq ekoloji qanunvericiliyin pozulması barədə vətəndaşlardan daxil olan ərizə və şikayətlərin araşdırılmasında müraciət edənlərin iştirakının təmin olunması üçün qanuni tədbirlər görülsün. Bəs onda hansı səbəblərdən regionlarda söz sahibi olan vəzifə sahibləri qanunlara əməl etmir. Yazılan yazılar, edilən müraciətlər baxımsız qalır. Ekologiya və Təbii Sərvətlər nazirinin əmək verdiyi çox saylı məsələlərlə bağlı məlumatlar niyə düzgün dəyərləndirilimir.
"Bolgexeber" media agentliyi olaraq regionlarda egoloji problemləri saytda işıqlandırmadan edilən müraciətlərimizə cavab almaq istəyimiz ya kecikdirilir ya da görməzdən gəlinir. Edilən müraciətlərimiz özünü düşünən yerli ekolgiya rəhbərləri eləcə də işçiləri tərəfindən açıq şəkildə gizlədilir, həmçinin hörmətli nazirə həqiqət çatdırılmır. Bu problemləri yaradan yerli məmurlarla bağlı əməkdaşlarımız ciddi faktlar əldə edib. Bu səbəb dən də Ekologiya və Təbii Sərvətlər nazirin apardığı ciddi islahatlara dəstək verərək egologiyamıza sahib çıxmağı məqsədimiz hesab edirik...
İanırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerlərdəki söz sahibləri qanunlara riayət edib, müraciətlərimiz  vaxtında cavablandıracaq, ekoloji problemlərlə bağlı məsələlərin həqiqət üzünü gizlətmiyəcəklər... 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ