"Real Madrid" 14-cü dəfə Çempionlar Liqasının qalibi oldu - YENİLƏNDİ
Tarix: 29-05-2022, 02:31
Baxılıb: 324
Google+ Paylaş
Tumblr Paylaş

"Real Madrid" 14-cü dəfə Çempionlar Liqasının qalibi oldu - YENİLƏNDİ

29-05-2022, 02:31

UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün ən güclüsünün adına aydınlıq gəlib.
Publika.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən həlledici matçda İspaniya nəhəngi “Real”la İngiltərənin “Liverpul” komandası qarşılaşıb.
Matçın taleyini bir qol həll edib.
Qarşılaşmanın 59-cu dəqiqəsində Vinisius Junior “Real”a qələbə qazandıran qola imza atıb.
“Liverpul” cavab qolu üçün dəfələrlə cəhd etsə də, madridlilərin qapıçısı Tibo Kurtuanın cəhdləri sayəsində oyunda başqa qol olmayıb.

Beləliklə, “Real” Çempionlar Liqasının qalibi olub. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ