Azərbaycanda sabiq məmur İngiltərədə 3 milyon manatlıq QƏSR ALDI: Xanımı görün kimdir - FOTO
Tarix: 15-04-2022, 13:06
Baxılıb: 958
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda sabiq məmur İngiltərədə 3 milyon manatlıq QƏSR ALDI: Xanımı görün kimdir - FOTO

15-04-2022, 13:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri Elnur Süleymanov İngiltərədə mülk alıb.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.
O bildirib ki, 2016-2020-ci illərdə nazirlikdə şöbə müdiri işləmiş E.Süleymanov İngiltərədə 350 illik tarixi olan binanı (hotel) 1,4 milyon funt sterlinq (3 milyon manatdan artıq) vəsait ödəyərək alıb. Hotel onun həyat yoldaşı Zarema Əfəndiyevanın adına rəsmiləşdirilib.


Zarema Əfəndiyeva  Milli Onkologiya Mərkəzi Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsində həkim-radioloqdur. 
Nazirliyin keçmiş şöbə müdiri 2020-ci ilin sentyabrında İngiltərədə ORANGE OYS LTD şirkətini təsis edib. Elnur Süleymanov və həyat yoldaşı, eləcə də valideynləri 2007-ci ildən Çexiyanın məşhur Karlovi Varı kurort şəhərində də daşınmaz əmlaka sahibdirlər.
Xatırladaq ki, E.Süleymanov 2013–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hazırda həbsdə olan Səlim Müslümovun vaxtında işləyib. 





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ