Kürdəmir Sipirt emalı zavodunun məhv etdiyi ekologiya – Yaşayış massivi və ərazidə dəhşətli TƏHLÜKƏ
Tarix: 8-04-2022, 11:44
Baxılıb: 932
Google+ Paylaş
Tumblr Paylaş

Kürdəmir Sipirt emalı zavodunun məhv etdiyi ekologiya – Yaşayış massivi və ərazidə dəhşətli TƏHLÜKƏ

8-04-2022, 11:44

Kürdəmir Ölkəmizdə fəaliyyət göstərən müəssə və ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən təxirəsalınmaz monitorinq və araşdırmalar aparılır və cəza tədbirləri görülür. Əfsuslar olsun ki, bəzi işbazlar var ki, ölkə qanunların saya salmır və ya bilərəkdən ətraf mühütə zərər verməyi özlərinə “şan-şöhrət” hesab edir.

Belələrindən biri hesab olunan  Kürdəmir Sipirt emalı zavodu ərazisində ekoloji vəziyyət nə göründüyü nə də ki, bilindiyi kimidir.
Çoxsaylı şikayətlər əsasdında adıçəkilən müəssə ərazisində Bolgexeber.com-un əməkdaşları kiçik araşdırma aparıb. Beləki, baş verənlərdən irəli gələn acı həqiqətlər, acınacaqlı vəziyyətin olduğunu ortaya çıxarıb.
Ərazidə yaşayış massivunin və  ictimai-iaşə obyektlərinin olduğunu da nəzərə alaraq deyə biləırik ki, zavod xəstəlik mənbəyidir və bu məsuliyyət isə kiminsə vecinə deyil. Həmçinin zavodan Bakı- Qazax  magistiral yolunun Kürdəmirdən keçən hissəsinin altını qazaraq, Sorsor kanalı keçən hissəni zərərli kimyəvi tullantılarla dolduraraq həm axan suya həm də  qaçqınlar üçün tikilmiş  yaşayış massivin ərazisində hazırda yaşayanlar açıq şəkildə təhlükəylə üz-üzə qalıb. Zəhərli tullantılardan yaranan dəhşətli qoxu isə günü- gündən armaqdadır. Və bu dəhşətli mənzərəni yaradan müəssə isə Kürdəmir Sipirt emalı zavodunun rəhbərliyi və işyarıtmaz əməkdaşlarıdır. Görünür azad sahibkar adından sui-istifadə edən zavod rəhbərliyi özünü başqaları kimi “söz sahibi oliqarx” hesab edərək ekologiyanı belə məhv etməyə qərarlıdırlar.
Qeyd edək ki, Kürdəmir spirt  emalı zavodunda da  monitorinq və araşdırmalar aparılmasına çox böyük ehtiyac var. İnanırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hər zamankı kimi az vaxtda zərərli tullantıları ilə sözügeden ərazisidə, yaşayış yerlərinə və ictimai-iaşə obyektlərə dəhşətli xəstəliklər ixrac edən Kürdəmir spirt emalı zavodu adlanan müəssə ilə bağlı lazımı ölçü götürüləcək. 
Ətraflı videoda
Bolgexeber.com:



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ