ETSN ətraf mühiti pozanları cərimələdi-FOTO
Tarix: 30-03-2022, 12:23
Baxılıb: 447
Google+ Paylaş
Tumblr Paylaş

ETSN ətraf mühiti pozanları cərimələdi-FOTO

30-03-2022, 12:23

Reportyor.org Bolgexeber.com-a istinadən bildirir ki, 9 saylı Regional Ejkologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı xidməti əraziyə daxil olan Füzuli rayon Bala Bəhmənli kəndi ərazisində Əliyev Emin Muxtar oğlu tərəfindən ət kəsim məntəqəsinin ətrafında və arxa hissəsində kəsim zamanı formalaşan tullantıların, Füzuli rayon M.Ə.Rəsulzadə küçəsi ərazisində Kazımov Samir Bəylər oğlu tərəfindən Oba marketin qarşısında tullantıların, Füzuli rayon Dilağarda kəndi ərazisində Quliyev İdris İldırım oğlu tərəfindən ərzaq mağazasının qarşısında tullantıların, Beyləqan rayonu Qarallar kəndi ərazisində Quliyev Bəxtiyar Sabir oğlu tərəfindən ticarət mərkəzinin qarşısında məişət tullantıların, Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində Dadaşov Ağadadaş Səfər oğlu tərəfindən obyektin qarşısında məişət tullantıların, Ağcabədi  rayonu Hacıbədəlli kəndi ərazisində Kazımov Mübariz Şura oğlu tərəfindən avtomobil təmiri sexinin arxasında tullantıların, Ağcabədi  rayonu Hacıbədəlli kəndi ərazisində İbrahimov Pənah Süleyman oğlu tərəfindən ərzaq mağazsının arxasında tullantıların qalaqlanması faktı aşkar edilmiş və hər biri barəsində akt və protokolllar tərtib edilərək 600 manat cərimə olunmuşdur.Qeyd edək ki, BÖLGƏ TV “Ekologiyamızı necə qoruyaq” rubrikası çərçivəsində  ekologiya ilə bağlı mütəmadi olaraq reportajlar hazırlayır və bir çox problemlər bizim reportajlarımızdan sonra öz həllini tapir.

BÖLGƏ TV  bundan sonra da  paytaxtda və bölgələrdə ekologiyamızı pozanlara qarşı reportaj hazırlamaqda davam edəcəkdir.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ