Finlandiya Rusiyanın yüzlərlə yük vaqonunu saxlayıb
Tarix: 11-03-2022, 16:38
Baxılıb: 457
Google+ Paylaş
Tumblr Paylaş

Finlandiya Rusiyanın yüzlərlə yük vaqonunu saxlayıb

11-03-2022, 16:38

Finlandiyanın dövlət dəmiryol kompaniyası (VR) ölkənin müxtəlif şəhərlərində Rusiyanın yüzlərlə yük vaqonunu dayandırıb.
AZƏRTAC RİA novosti agentliyinə istinadla xəbər verir ki, vaqonlar sanksiyaların təsiri altına düşən yüklər daşına bilməsi şübhəsi ilə saxlanılıb. Hazırda vaqonlar boşaldılmır, VR müştərilər və digər maraqlı tərəflərlə onların sonrakı taleyini aydınlaşdırır.
VR kompaniyası yüklərin Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı tətbiq olan yeni sanksiyaların təsiri altına düşüb-düşmədiyini yoxlayır. Yoxlamaların bir hissəsini fin gömrük orqanları dəniz limanlarında və boşaltma məntəqələrində aparıb. Bu yükləri sərhəddən keçirməyin mümkünlüyü barədə qərarı Finlandiya Xarici İşlər Nazirliyi verməlidir.
“Rusiya və Finlandiya arasında yüklərin dəmir yolu ilə daşınması tam dayanmasa da, xeyli azalıb. Rusiya yükləri fin limanları üzərindən praktiki olaraq daşınmır, çünki gəmiçilik kompaniyaları və beynəlxalq logistik kompaniyalar onları qəbul etməkdən imtina edirlər”, - deyə məlumatda dəqiqləşdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ