ABŞ kəşfiyyatı Putinin PLANINI AÇIQLADI
Tarix: 9-03-2022, 15:13
Baxılıb: 325
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ kəşfiyyatı Putinin PLANINI AÇIQLADI

9-03-2022, 15:13

ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin hərbi uğursuzluqlara və beynəlxalq sanksiyaların yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, yaxın günlərdə Ukraynaya hücumun daha da şiddətlə aparılmasına qərar verə bilər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin illik dinləmələrində Amerika kəşfiyyat ictimaiyyətinin rəhbərləri bildiriblər.
“Analitiklərimiz hesab edirlər ki, Putin çətin ki, bu cür uğursuzluqlardan çəkinsin. O, Ukraynanı tərk-silah etmək üçün səylərini ikiqat artıraraq vəziyyəti gərginləşdirə bilər”, - ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes deyib.
Eyni zamanda, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Putinin hazırda “qəzəbli və əsəbi” olduğunu bildirib.

“O, yəqin ki, hücumu ikiqat artıracaq və mülki itkilərdən asılı olmayaraq, Ukrayna ordusunu darmadağın etməyə çalışacaq”, - Berns deyib.
O əlavə edib ki, ABŞ Ukraynadan aktiv şəkildə kəşfiyyat məlumatları mübadiləsi aparır.
Eyni zamanda, Berns bəyan edib ki, o və MKİ analitikləri Putinin öz məqsədinə - Kiyevi ələ keçirməyə və Vladimir Zelenski hökumətini moskvayönlü marionet rəhbərliklə əvəz etməyə necə nail ola biləcəyini müəyyən edə bilmirlər.
Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi general Skott Beryerin bildirib ki, ilkin hesablamalara görə, bu günə qədər Ukraynada öldürülən Rusiya hərbçilərinin sayı 2 mindən 4 minə qədər ola bilər. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ