Sumqayıt səhiyyə şöbəsinin “ruhi xəstə” müdiri Səkinə Sadıqova … - Səkinə Sadıqova Ruhi dispanserdə 2 ay müalicə olunub…
Tarix: 9-02-2022, 01:57
Baxılıb: 1 284
Google+ Paylaş
Tumblr Paylaş

Sumqayıt səhiyyə şöbəsinin “ruhi xəstə” müdiri Səkinə Sadıqova … - Səkinə Sadıqova Ruhi dispanserdə 2 ay müalicə olunub…

9-02-2022, 01:57

Səkinə Sadıqovanın  İcbari Tibbi Sığorta Agentliyindəki “dayağı” kimdir ? 

Sumqayıtın səhiyyə işçiləri  cənab Zaur Əliyevdən cavab gözləyir…

Haqqında bəhs edəcəyimiz şəxs  YAP Sumqayıt şəhər Təşkilatının  qadınlarla iş üzrə müavini, Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovadır. 
Məlumat üçün onu qeyd edək ki, Sumqayıt şəhər səhiyyə şöbəsinə son illərdə, yəni 1998-2005-ci illərdə Karlen Abbasov, 2005-2019-cu illərdə Rauf Sadıxov, 2019-cu ildən isə Səkinə Sadıqova rəhbərlik edir. 
Səkinə Sadıqovanın adı  Sumqayıt şəhər Səhiyyə şöbəsinə dövlətin səhiyyəyə  ayırdığı pulları mənimsəməsi ilə bağlı dəfələrlə mediada hallandırılıb. 
Təsəvvür edirsiniz, ağır travma alan xəstə pulu olmadığı üçün 14 gün əməliyyat olunmayıb. Və həkim deyib ki, Səkinə Sadıqovaya 3 min manat pul verməliyik. 
Sumqayıt səhiyyə şöbəsində əməlli-başlı alver gedir. 
Yuxarıda qeyd  etdiyimiz kimi 1998-2005-ci illərdə Sumqaylt səhiyyə şöbəsinə Karlen Abbasov rəhbərlik edib. 
Karlen Abbasov  Səkinə Sadıqovanı əvvəlcə Səhiyyə şöbəsində inspektor, sonra isə, xəxtəxanalardan birinə baş həkim təyin etmək istəyirmiş. Amma Səkinənin ruhi xəstə olduğunu görən Karlen Abbasov fikrindən daşınıb. 
Təsəvvür edirsiniz,  Səkinə Sadıqova bütün səhiyyə işçilərinə, o cümlədən xəstələrə deyirmiş ki,  gecə yuxuda Allah ona vergi verib. Hətta deyirmiş ki, insan bədənində olan bütün xəstəlikləri əllərimlə masaj edib aradan qaldırıram, bütün xəstəliklər yox olur. Beləliklə Səkinə Sadıqova bir müddət  guya  “vergili” olması ilə xeyli sayda xəstəyə  fırıldaq gələrək çoxlu pul qazanıb. 
Bütün bunları görən Karlen Abbasov o zamankı Ruhi dispanserin baş həkimi Mail Tağıyevə tapşırır ki, Səkinəni dispanserdə yatırtsın və onu müalicə etsin.
Beləliklə bu adam ruhi dispanserdə 2 ay ciddi müalicə olunur, ağır psixotrop dərmanlardan istifadə edir. 
Və beləcə, günün birində Səkinə Sadıqova hansı yollasa, Sumqayıt şəhər səhiyyə şöbəsinə müdir təyin olunur. 
Bəli, Səkinə Sadıqova müdir təyin olunan kimi onun barəsində xəstəxanada olan bütün məlumatları  sildirib. ( Hər halda Səkinəni müalicə etmiş dispanserin baş həkimi Mail  Tağıyevdən soruşulsa, bunu təsdiq edə bilər). 
Məlumdur ki, hazırda cənab Prezidentin tapşırığı ilə ölkədə İcbari Tibbi Sığorta tətbiq edilir. 
Amma Səkinə Sadıqova Prezidentin tapşırığını qulaqardına vuraraq Sumqayıt səhiyyəsində əməlli-başlı bazar açıb, onu tibbi sığorta maraqlandırmır. Səkinə öz qanunları ilə işləyir. 
Bu gün Sumqayıtdakı  xəstəxanaların həkimləri ilə yanaşı, baş həkimlər də Səkinədən  dəfələrlə savadlı və təcrübəli olsalar da, Səkinən “qayda-qanunları” ilə işləməyə məhkumdurlar. 
Belə ki, Səkinə Sadıqova Sumqayıtda istənilən xəstəxananın baş həkiminin  xəbəri olmadan istədiyi adamı  hansı vəzifəyə istəyirsə təyin edir və işdən azad edir. Baş həkimlər buna etiraz edə bilmirlər. 
Sumqayıt həkimləri deyir ki, Səkinə Sadıqova hər addımda bizi təhdid edir, öz rəfiqələri vasitəsilə kollektivdə münaqişə yaradır. 
Həkimlərin dediklərindən bəlli olur ki, Səkinə Sadıqova özünə guya hüquqşünas olan “Qaloş” ləqəbli Oqtayı  müavin götürüb. Oqtayın əmisi qızı isə öz rəfiqəsi Qızılgülü səhiyyə şöbəsinə vəzifəyə gətirib. Bu gün  Səkinənin rəfiqələrindən biri  olan, Sumqayıtda rüşvətlə adı çıxan Sevinc isə  səhiyyə şöbəsində kadrlar üzrə müavinidir. 
Səkinə Sadıqova bu boyda Sumqayıt şəhərinin səhiyyə şöbəsində, xəstəxanalarda  öz şəbəkəsi vasitəsilə həkimləri, baş həkimləri şantaj edir, ləkələyir. 
Artıq Sumqayıt həkimləri Səkinə Sadıqovanın əlindən boğaza yığılıblar. 
Səkinə Sadıqova deyir ki, İcbari Tibbi Sığorta Agentliyində mənim adamım var, heç kim mənə heç nə edə bilməz. 
Sumqayıt şəhərinin tibb işçiləri İcbari Tibbi Sığorta Dövlət Agentliyinin  sədri Zaur Əliyev barəsində yüksək fikirdə olduqlarını deyirlər.  Və düşünürlər ki, belə bir ruhi xəstənin  Sumqayıt səhiyyəsinə rəhbərlik etməsindən Zaur Əliyevin və şəhər rəhbərliyinin xəbəri yoxdur. 
Redaksiyamıza müraciət edən bir qrup həkimlər onu da bildirdilər ki, Sumqayıt Səhiyyə idarəsində Səkinə Sadıqova o qədər dəhşətli özünə sərf edən qaydalar tətbiq edib ki, biz ona heç cür dözə bilmirik. Bir nəfərin əvəzinə 4 nəfər işə götürür və hər birindən istədiyini alır. Siz hələ Səkinə Sadıqovanın Sumqayıt Səhiyyəsinin mühasibatlığında apardığı qan donduran maliyyə fırıldaqlarını bilmirsiniz. Qulaq asın o haqda danışaq.
Bu barədə növbəti yazıda.
P.S Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.







Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ