Poroşenkonun tərəfdarları aksiya keçirir
Tarix: 17-01-2022, 15:12
Baxılıb: 223
Google+ Paylaş
Tumblr Paylaş

Poroşenkonun tərəfdarları aksiya keçirir

17-01-2022, 15:12

Kiyevin Peçersk rayon məhkəməsinin binası yaxınlığında Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun tərəfdarları mitinq keçirirlər. AzVision.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Ukraynanın keçmiş prezidenti bazar ertəsi Kiyevə qayıdıb və bu gün dövlətə xəyanət işi üzrə həbs qətimkan tədbiri seçmək üçün çağırıldığı Peçersk rayon məhkəməsinə gedəcək. Kiyevə uçmazdan əvvəl Poroşenko bildirib ki, o, həbsdən qorxmur, çünki arxasında Ukrayna xalqının dəstəyini hiss edir.
Eks-prezidentin bir neçə yüz tərəfdarı Poroşenkoya qarşı təqiblərə son qoyulması tələbi ilə aksiya keçirir. Onlar məhkəmə binasının yerləşdiyi Vladimirskaya küçəsinin hərəkət hissəsinə yığışıblar. Etirazçıların əllərində partiya və dövlət bayraqları var.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ