Sabiq deputatın Muxtar Babayevlə dostluq münasibəti, onu “toxunulmaz şəxs”ə çevirib –İLGİNC FAKTLAR
Tarix: 5-01-2022, 09:57
Baxılıb: 939
Google+ Paylaş
Tumblr Paylaş

Sabiq deputatın Muxtar Babayevlə dostluq münasibəti, onu “toxunulmaz şəxs”ə çevirib –İLGİNC FAKTLAR

5-01-2022, 09:57

Mövcud qanunvericiliyin tələblərinə görə, deputat olan bir kimsə biznes fəaliyyəti ilə məşğul ola bilməz. Buna baxmayaraq istər ötən seçkilərdə, istərsə də son parlament seçkilərində millət vəkili olan şəxslərin bir çoxu, məhz qanunun belə bir tələbini pozurlar və ona görə də, həmin şəxslərin biznes fəaliyyəti ilə məşğul olmaları adi hala çevrilir. Belə şəxslərdən biri də, 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat olmuş Nəriman Əliyev olur. Qeyd etmək yerinə düşər ki, bu şəxs Azərbaycan Respublikası Milli Məclisinin ıv və v çağırış deputatlarından biri olub, fəaliyyətsizliyi ilə geniş ictimaiyyət arasında tanınsa da, əslində o, oliqarx deputatlardan hesab olunur. Çünki, sabiq deputat Nəriman Əliyev 2004-cü ildə “Ştutqart” mağazalar şəbəkəsini yaradır və iddialara görə, bu mağazada daha çox İran məhsullarının satışı həyata keçirilir. Onu da unutmaq olmaz ki, Əliyev soyadını daşıyan bu şəxs o, Nəriman Əliyevdir ki, keçmiş “MTN işi” məsələsində “sudan quru” çıxır və bugünə kimi görünməyən güclərin sayəsində topdağıtmaz biznesini qoruyub saxlamağı da bacarır.

Ümumiyyətlə, bu şəxsin MM-də deputat olduğu illər ərzində göstərdiyi fəaliyyət yerində olmasa da, onun olduqca oyunbaz və öz marağının təmin olunması yöndə lazımi göstəriciləri özündə cəmləşdirən bir şəxs olması danılmaz faktdır. Məsələn, Nəriman Əliyevin v çağırış deputat seçkilərindən sonrakı illərdə MM-ə gedən yolu qapandığından o, 70 saylı Masallı şəhər Seçki Dairəsindən özünə bağlı olan bir şəxsi, yəni geniş ictimaiyyət arasında “alverçi deputat” adı ilə tanınan Məhşur Məmmədovu YAP-dan deputat seçdirməyi bacarır. Unutmaq olmaz ki, Nəriman Əliyev deputat olarkən, onun adı müxtəlif qalmaqallarda hallanır. Yəni, bu şəxsin Masallı rayonu ərazisində böyük biznes şəbəkəsinə və torpaq sahələrinə sahib olması onu qalmaqallı şəxslərdən birinə çevirir və atdığı hər bir addımın, məhz ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevirir.

Qeyd edək ki, bu gün də sabiq deputat dövlət qanunlarına zidd addımlarını atır və o, bir kimsədən ehtiyat edib çəkinmədən, məhz bu yöndə fəaliyyətini davam etdirməkdədir. Yəni, Nəriman Əliyev kimlərəsə arxalanmaqla paytaxt Bakı şəhəri ərazisində zəbt etdiyi sahələrdə yaşıllıqları məhv edir. Sabiq deputatın işçilərindən olan Abuatalıb Ağayev bildirir: “Bu şəxs deputat olarkən də biznes fəaliyyəti ilə məşğul olurdu. O, ötən illər ərzində kimlərinsə biznesini idarə edib və zaman keçdikcə özü üçün lazımi imtiyazlar əldə etməyi bacarıb. Qeyd edim ki, Nəriman Əliyev kimlərinsə dəstəyi hesabına düzüb-qoşduğu “ŞTUTQART” ehtiyat hissələri mağazalarının mərkəzi anbarı kimi istifadə etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, köhnə MTN-nin (indiki DTX-nın) akademiyasının yaxınlığında 50 sot boş torpaq sahəsini zəbt etmiş və ərazini hasara aldıqdan sonra, hətta ərazini öz adına rəsmləşdirməyi də bacarmışdır. Bu şəxs qeyd olunan ərazidə əski sövet dönəmində ekologiyanın sağlamlaşdırılması məqsədilə əkilmiş ağacları kəsdirir və həmin yerdə ilk əvvəl 4000 kvm sahəsi olan üçmərtəbəli anbar, daha sonra isə 700 kvm sahəsi olan ofis inşa etdirir. Bundan əlavə, o, ələ keçirdiyi ərazinin digər hissəsində olan 37 ədəd sağlam ağacı da kəsdirir və hal-hazırda həmin ərazidə yeni anbar inşa etdirmək üçün hazırlıq işlərinə başlanılıb. Unutmaq olmaz ki, bu ağacların kəsilməsi cinayət hadisəsi hesab olunsa da, Nəriman Əliyevlə hazırki ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında olan isti münasibət, məhz sabiq deputata belə bir addımını atmağa imkanlar yaradır. Yəni, vaxtilə hər iki şəxs MM-nin deputatı olurlar ki, onlar arasında əmələ gələn münasibət bu gün möhkəm dostluq müstəvisinə qədər yüksəlib. Ona görə də bir kimsə sabiq deputata nəsə edə bilmir. Hətta, Nəriman Əliyev müəyyən çevrələrdə “Mən bu işi görmək üçün nazir müavini Firdovsi Əliyevlə danışıb barışmışam, şəxsən onun özündən icazə almışam” deyə, bu yöndə belə bir təbliğatını da aparır. Bir məqamı yada salaq ki, sıravi şəxslər bir ağac kəsərkən külli miqdarda cərimə olunurlar, sabiq deputat isə, çoxlu sayda yaşıl ağacları məhv etdirsə də, bir kimsə ona “qaşın üstə qara var” deməyi bacarmır. Deməli, Nəriman Əliyevin indiki nazir Muxtar Babayevlə olan dostluq münasibəti, bu gün onu “toxunulmaz şəxs”ə çevirib. Sual oluna bilər ki, niyə?” Unutmayaq ki, sabiq deputatın işçisinin köhnə və yeni kadrları lentə alması və həmin görüntüləri geniş ictimaiyyətə təqdim etməsi, Nəriman Əliyevin hansı amala və əmələ xidmət etməsi hər kəsə güntəki aydın olur.

Mövzunu diqqətdə saxlayacağıq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ