Bakıda ictimai nəqliyyatı böyük xaos gözləyir – Yanvardan qərar qüvvəyə minir
Tarix: 23-12-2021, 21:34
Baxılıb: 1 086
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda ictimai nəqliyyatı böyük xaos gözləyir – Yanvardan qərar qüvvəyə minir

23-12-2021, 21:34

Sabiq baş nazir Novruz Məmmədovun 2019-cu ilin 4 mart tarixində imzaladığı 73 saylı qərarda (“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında) müəyyənləşdirilən tələb və normalar 3 il ərzində kağız üzərində qaldı. Qeyd edilən qərarda müəyyənləşdirilən və 2022-ci ilin 1 yanvar tarixindən Bakı şəhərində yalnız sıxılmış qaz (CNG) və elektriklə işləyən avtobusların istismara veriləcəyi ilə bağlı tələb əvvəlcədən də məlum olduğu kimi, həyata keçmədi.
Mütəxəssislər hesab edir ki, hazırda Bakı şəhərinin qeyd edilən növdən olan avtobuslarla tam təmin edilməsi üçün bir neçə milyard dollar investisiyaya ehtiyac var. Üstəlik, qərar qəbul edilərkən Bakıda avtobuslar üçün CNG yanacaqdoldurma məntəqələrinin olub-olmaması, bu sahədəki vəziyyət də nəzərə alınmayıb və müvafiq dövlət qurumları da bu istiqamətdə heç bir addım atmayıb. Belə ki, hazırda Bakı şəhərində ictimai nəqliyyat üçün cəmi 2 CNG dolum mərkəzi var ki, bu da İnvestisiya Holdinginin tərkibində fəaliyyət göstərən BakuBus MMC üçün və həmin MMC-nin istehsalat bazalarında olan, məhdud sayda nəqliyyat vasitəsinə yanacaq doldurmaq iqtidarında olan məntəqələrdir. Hər bir belə məntəqənin qurulması bir neçə il vaxt və böyük investisiya apardığı halda özəl sektor üçün yeni yanacaqdoldurma məntəqələrinin qurulması təmin edilməyib, bu istiqamətdə hər hansı dəstək tədbirləri nəzərdən keçirilməyib, həmçinin Bakıda elektrik mühərikli maşınların istimarı üçün isə ümumiyyətlə heç bir infrasturktur mövcud deyil. Bu istiqamtdə aidiyəti dövlət qurumları tərəfindən addım atılmayıb.
Göründüyü kimi, 73 saylı qərarın tələbinin həyata keçirilməsi ilə Bakıda yalnız BakuBus avtobuslarının xidmət göstərə biləcəyi, yerdə qalan 2 minədək digər avtobusların isə tələblərə cavab vermədiyi görünür. Nə qədər absurd görünsə də, yerdə qalan digər avtobuslar arasında müasir Avro-5 və Avro-6 standartlarına cavab verən ekoloji təmiz nəqliyyat vasitələri də var. Bu baxımdan, əgər Nazirlər Kabinetinin tələbi yerinə yetirilərsə yanvarın 1-dən Bakı şəhərində böyük xaos yarana bilər.
Bakı şəhərində irili-xırdalı avtobuslar hər gün ümumilikdə 2,2 milyon sərnişin daşıyır. Bunun 22-25 faizini BakuBus daşıdığı halda dizellə çalışan avtobusların fəaliyyətinin dayandırılması ilə qalan insanları kim daşyacaq? Bakıda yaranacaq böyük nəqliyyat xaosuna görə kim cavab verəcək?
Odur ki, Avro standartlara cavab verməsinə baxmayaraq dizellə çalışan bütün avtobusların istismardan kənarda saxlanması onsuz da bərbad olan Bakı şəhərinin ictimai nəqliyyatını məhv olmağa gətirib çıxaraq.
Bütün dünyada nəqliyyat vasitələrinin ekoloji standartı onun hansı yanacaqla işləməsində deyil, hansı Avro standartlara cavab verməsi, müəyyən edilmiş normativ hədləri qarşılaması ilə ölçülür. Və təkcə bu amil qeyd edilən qərarın nə qədər absurd, düşünülməmiş və qərəzli olduğunu nümayiş etdirir.
Ölkədəki mövcud vəziyyəti, sahibkarlığa dəstək və digər amilləri nəzərə alaraq bu qərarın avtobusların hansı yanacaqla çalışması tələbinin ümumiyyətlə ləğvi və ya bu tələbin real vəziyyət nzərə alınmaqla 10 il müddətinə təxirə salınmasına, eləcə də dövlət tərəfindən sahibkarlara avtobus parklarının yenilənməsi məqsədilə dəstək tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb.
Son illərdə ictimai nəqliyyat fəaliyyətinin böyük hissəsini özünə götürən özəl sektora heç bir dəstəyin verilməməsi, onların maliyyə kanallarına çıxışlarının bu və ya digər formada bağlanması heç kimə sirr deyil. Artıq dövlət tərəfindən bu maneələrin aradan qaldırılması, özəl sektorun dirçəlməsi, dövlət büdcəsinin böyük yükdən azad edilməsi məqsədilə müvafiq addımların atılmasına böyük ehtiyac yaranıb. Bu baxımdan, Novruz Məmmədovun imzaladığı həmin qərara Baş nazir Əli Əsədovun yenidən baxmasına ehtiyac yaranıb.
Nəzərə almaq lazımdır ki, dizel mühərrikli avtobuslarla sıxılmış qazla işləyən avtobusun qiyməti arasında ən azı 200 min manat fərq yaranıb. Üstəlik, avtobus parkımızı yeniləməmiş onların ölkəyə gətirilməsinə görə rüsumlar da 2 il öncə artırılıb. Yəni, faktiki olaraq sahibkar 3 avtobus gətirirsə ödədiyi rüsumlar nəzərə alınmasa 4 avtobus gətirə bilərdi.
Azərbaycanda gələn ilin yanvarından hibrid avtomobillərə güzəştlər ediləcək. Bununla avtomobil parkımızı yeniləmək istiqamətində müəyyən addımlar atılacaq. Ümidvarıq ki, eyni qərarı heç olmasa 2030-cü ilə qədər avtobusların gətirilməsi prosesinə də tətbiq etmək olar. Bu gün sahibkar 3 SNG avtobusa verdiyi pulla Avro 5 standartına cavab verən 4 dizel mühərrikli avtobus gətirə bilirsə, buna imkan yaratmaq lazımdır. Avtobus parkı tam yenilənəndən sonra yeni qərarlar qəbul etmək olar.
Onu da nəzərə alaq ki, 2022-ci ildən SOCAR yeni dizel zavodunu istifadəyə verəcək. Deməli, gələn ildən keyfiyyətli yanacaq da olacaq. O zaman dizel mühərrikli, Avro 5 standartına cavab verən yeni avtobusların gətirilməsinə imkan vermək lazımdır. Belə olarsa yeni avtobuslar daha çox gətiriləcək və sərnişinlər küçələrdə qalmayacaq. Beləliklə də manatlıq taksilər yox, avtobuslar insanlara xidmət göstərəcək. Eyni zamanda, istismar müddətini başa vurmuş köhnə avtobuslar istismardan çıxacaq.
 
Elmin

FACEBOOK ŞƏRH YAZ